https://news.day.az/azerinews/1778910.html
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi
Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib. Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Bu gün işdən çıxarılan direktora yeni vəzifə verildi

Bakıda yerləşən Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin bu gün işdən çıxarılan direktoru Esmira Ağayevaya yeni vəzifə verilib.
Day.Az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, E.Ağayeva paytaxtın ən böyük məktəblərindən biri olan 158 nömrəli tam orta məktəbə direktor təyin edilib.
Xatırladaq ki, 1965-ci il təvəllüdlü Esmira Azər qızı Ağayeva 2020-ci ilin iyulundan 2025-ci ilin sentyabrınadək 20 nömrəli məktəb-liseyə rəhbərlik edib. O, daha əvvəllər isə 214 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре