Sumqayıt-Bakı yolundakı tıxacın səbəbi bilindi - RƏSMİ - VİDEO

Bakı-Sumqayıt avtomobil yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində iki nəqliyyat vasitəsinin iştirakı ilə yüngül maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir.
Day.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilir ki. sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkmədiyinə görə nəqliyyatın hərəkətində sıxlıq yaranmışdır. Yol polisi əməkdaşlarının müdaxiləsindən sonra avtomobillər kənara çəkilmiş və hərəkət tam bərpa edilmişdir.
Sumqayıt-Bakı yolu hərəkət 1 saatdır tam dayanıb.
Day.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Bildirilir ki artıq bir saatdır avtomobillər hərəkəsiz formada dayanıb.
Sözügedən görüntüləri təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре