Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

Bu həftə ərzində "Azeri LT CIF", "Azeri Light FOB Ceyhan", Urals" (EX NOVO) və "Dated Brent" markalı xam neftin orta qiymətlərində artım qeydə alınıb.
Day.Az xəbər verir ki, Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağında hasil edilən "Azeri Light CIF" markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,7 ABŞ dolları və ya 2,4% artaraq 71,84 dollar/barel təşkil edib. Dövr ərzində bu markalı xam neftin maksimum qiyməti 73,76 dollar/barel, minimum isə 69,46 dollar/barel olub.
Bu həftə ərzində Türkiyənin Ceyhan limanında FOB bazası əsasında "Azeri Light" markalı xam neftin orta qiyməti 70,26 dollar/barel təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 1,7 ABŞ dolları və ya 2,4% çoxdur. Sözügedən dövr ərzində bu markalı xam neftin maksimal qiyməti 72,24 dollar/barel, minimum isə 67,92 dollar/barel olub.
URALS markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 0,9 ABŞ dolları və ya 1,5% artaraq 57,65 dollar/barel təşkil edib. Bu həftə ərzində URALS neftinin maksimal qiyməti 59,12 dollar/barel, minimum isə 55,62 dollar/barel olub.
Bu həftə ərzində "Dated Brent" markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 1,6 dollar və ya 2,4 faiz bahalaşaraq, 69,48 dollar/barelə bərabər olub. Bu həftənin yekunlarına görə, "Dated Brent" neftinin maksimal qiyməti 71,93 dollar/barel, minimum isə 66,75 dollar/barel təşkil edib.
Neft/ data |
22.09.2025 |
23.09.2025 |
24.09.2025 |
25.09.2025 |
26.09.2025 |
Orta qiymət |
Azeri LT CIF |
$69,46 |
$71,42 |
$72,14 |
$72,43 |
$73,76 |
$71,84 |
Azeri Light FOB Ceyhan |
$67,92 |
$69,65 |
$70,60 |
$70,89 |
$72,24 |
$70,26 |
Urals (EX NOVO) |
$55,62 |
$57,26 |
$58,14 |
$58,13 |
$59,12 |
$57,65 |
Dated Brent |
$66,75 |
$68,41 |
$69,78 |
$70,54 |
$71,93 |
69,48 |
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре