https://news.day.az/azerinews/1787868.html Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib Mən Misirin HƏMAS ilə vasitəçilik rolunu yüksək qiymətləndirirəm. Day.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl deyib. "HƏMAS bu ölkəyə və Misir rəhbərliyinə hörmətlə yanaşır. Mən bunu çox yüksək qiymətləndirirəm", - o vurğulayıb.

Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib

Azərbaycanca, 13 октября 2025 19:56 (UTC +04:00) 385
Tramp Misirin HƏMAS ilə vasitəçilik rolundan bəhs edib

Mən Misirin HƏMAS ilə vasitəçilik rolunu yüksək qiymətləndirirəm.

Day.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşündən əvvəl deyib.

"HƏMAS bu ölkəyə və Misir rəhbərliyinə hörmətlə yanaşır. Mən bunu çox yüksək qiymətləndirirəm", - o vurğulayıb.

Qəzza sülh sazişinin növbəti mərhələsini şərh edən Tramp yenidənqurma işlərinin aparılmasının vacibliyini qeyd edib: "Təmizliyə başlamaq üzrəyik. Qəzzaya baxın - onun kütləvi şəkildə təmizlənməsi lazımdır".

 

Tramp həmçinin, danışıqlarda beynəlxalq iştirakın yüksək səviyyədə olduğunu vurğulayıb.

"Digər otaqda dünyanın ən varlı ölkələrinin, bəzi varlı xalqlarının nümayəndələri var. Bütün böyük liderlər buradadır - əmirlər, şahlar və başqaları. Dəvət etdiyimiz hər kəs gəldi. Bu, böyük hörmət tələb edir.

Düşünürəm ki, biz mühüm irəliləyiş görəcəyik", - o əlavə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости