https://news.day.az/azerinews/1792081.html
Bakıda 2 qadını maşın vurub öldürdü
Dünən Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi "Renault" markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Bakıda 2 qadını maşın vurub öldürdü
Dünən Bakıda piyadaların ölümü ilə nəticələnən ağır yol qəzaları baş verib.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Sabunçu rayonunda 1996-cı il təvəllüdlü P.Şükürov idarə etdiyi "Renault" markalı avtomobillə 1989-cu il təvəllüdlü piyada Könül Məmmədakif qızı Məmmədovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Oxşar hadisə Səbail rayonunda da qeydə alınıb. 2002-ci təvəllüdlü S.Mehdizadə "Hyundai Elantra" markalı avtomobillə Dövlət Bayrağı Meydanının yaxınlığında 1988-ci il təvəllüdlü piyada Axundova Vlada Vladislavovnanı vurub. 37 yaşlı qadın hadisə yerində vəfat edib.
Hər iki faktla bağlı cinayət işi başlanıb.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре