https://news.day.az/azerinews/1794541.html İndiyədək Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? - AÇIQLAMA Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir. Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

İndiyədək Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib? - AÇIQLAMA

Azərbaycanca, 11 ноября 2025 09:31 (UTC +04:00) 362
İndiyədək Qazaxın azad edilmiş kəndlərinin nə qədər hissəsi minalardan təmizlənib?

Qazax rayonunun işğaldan azad edilmiş ərazilərində 2024-cü ilin aprel ayından etibarən minatəmizləmə fəaliyyəti həyata keçirilir.

Day.Az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, aparılan əməliyyatlar zamanı ümumilikdə 223,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

"İndiyədək 1 059 ədəd piyada əleyhinə mina, 99 ədəd tank əleyhinə mina və 49 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib", - qurumdan əlavə olunub.

Qeyd edək ki, ANAMA-nın həftəlik məlumatına əsasən, ötən ay azad olunan ərazilərdə 7 022,1 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Xatırladaq ki, Qazax rayonunun 30 il işğal altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılı kəndləri Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası üzrə komissiyanın 2024-cü il 19 apreldə əldə olunmuş razılaşma əsasında qaytarılıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости