https://news.day.az/azerinews/1797548.html Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı - Binadan şikayət edibmiş - VİDEO Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb. Day.Az xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edibmiş.

Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı - Binadan şikayət edibmiş - VİDEO

Azərbaycanca, 24 ноября 2025 16:13 (UTC +04:00) 379
Yanğında ölən Samirin 10 gün öncəki səs yazısı

Noyabrın 21-i Yasamaldakı yanğında həlak olan binanın sakini və komendantı Samir Məhəmmədovun səs yazısı yayılıb.

Day.Az xəbər verir ki, o, hadisədən bir müddət öncə, noyabrın 11-i Bakupost.az -a müraciət edibmiş.

Sözügedən səs yazısında S.Məhəmmədov zirzəminin qanunsuz satıldığını və həmin sahədə "Loft" restoranının saxta sənədlərlə fəaliyyət göstərdiyini söyləyib.

"MTK binanın zirzəmisinin böyük bir hissəsini birinci mərtəbədə yerləşən obyektin sahibinə satdı. O zamandan bəri nə zirzəmimiz var, nə də qarajımız. "Loft" restoranının fəaliyyəti sakinlərin dinc yaşamasına imkan vermir. Restoranın girişi yoxdur. "Loft Dent" adlı klinikaya girirsən, oradan da restorana düşürsən", - deyə faciəvi hadisənin qurbanı müraciətində bildiribmiş.

Qeyd edək ki, Samir Məhəmmədov "Kapital Bank"da layihə meneceri olaraq çalışıb. Bədbəxt hadisə zamanı onun ailə üzvləri də tüstüdən zəhərləniblər. 2021-ci il təvəllüdlü oğlu Məhəmməd Mikayıl və həyat yoldaşı Marta Ramazanova özəl xəstəxanalardan birinin Reanimasiya şöbəsinə köçürülüblər, vəziyyətləri ağır olaraq qalır. Digər oğlu Danielin vəziyyəti isə qənaətbəxşdir.

Həmin səs yazısını təqdim edirik:

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости