https://news.day.az/azerinews/1820003.html Məmura "mükafat" verən "jurnalist" həbs OLUNDU Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov həbs olunub. Day.Az "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

Məmura "mükafat" verən "jurnalist" həbs OLUNDU

Azərbaycanca, 4 марта 2026 17:58 (UTC +04:00) 343
Məmura "mükafat" verən "jurnalist" həbs

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "jurnalist" kimi bəzi qurumların adından "mükafat" verən Fəqani Hüseynov həbs olunub.

Day.Az "Teleqraf"a istinadla xəbər verir ki, rayon məhkəməsinin qərarı ilə adıçəkilən şəxs barədə 10 sutkalıq həbs qərarı verilib.

Məlumat üçün bildirək ki, bir müddət öncə sosial şəbəkədə Fəqani Hüseynov adlı şəxs "Milli Məclisin informasiya portalının direktoru", həmçinin ölkə başçısının adından Gədəbəy rayonunda Kommunal Müəssisələri Kombinatının direktor əvəzi Ruslan Mustafayevə "fəxri diplom" təqdim edib.

Təqdimetmə ilə bağlı görüntülər sosial şəbəkədə rezonans doğurub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости