https://news.day.az/azerinews/1821383.html IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib - FOTO Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində ilk ağacəkmə aksiyası Zaqatala rayonunda təşkil edilib.

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib - FOTO

Azərbaycanca, 11 марта 2026 13:03 (UTC +04:00) 595
IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Yaşıl marafon" kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində ilk ağacəkmə aksiyası Zaqatala rayonunda təşkil edilib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə rayonun Əliabad qəsəbəsi ərazisində ümumilikdə 800-dən çox müxtəlif növ ağac əkilib. Əkilən ağaclar sırasında Eldar şamı, sərv, yapon əzgili, Şərq çinarı, palıd, cökə, ağcaqayın və pekan qozu kimi növlər yer alıb.

IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Ümumrespublika yaşıllaşdırma marafonu"nun ("Yaşıl marafon") əsas məqsədi yaşıllıq sahələrinin artırılması, ağacəkmə ənənəsinin təşviqi, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

"Yaşıl marafon" çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

  • IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости