https://news.day.az/azerinews/1821921.html Azyaşlıların "WhatsApp"ı bu yolla idarə olunacaq "WhatsApp" mesajlaşma proqramı azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesabları tətbiq etməyə başlayıb. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə xidmətdən istifadəni mesaj və zənglərlə məhdudlaşdırmağa imkan verir.

Azyaşlıların "WhatsApp"ı bu yolla idarə olunacaq

Azərbaycanca, 14 марта 2026 02:14 (UTC +04:00) 358
Azyaşlıların "WhatsApp"ı bu yolla idarə olunacaq

"WhatsApp" mesajlaşma proqramı azyaşlı uşaqlar üçün valideynlər tərəfindən idarə olunan hesabları tətbiq etməyə başlayıb.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, yeni funksiya istifadəçilərə xidmətdən istifadəni mesaj və zənglərlə məhdudlaşdırmağa imkan verir.

Valideynlər övladlarının hesabına kimin əlaqə saxlaya biləcəyi və hansı qruplara qoşula biləcəyi daxil olmaqla, nəzarət edə biləcəklər.

Həmçinin naməlum göndərənlərin mesaj sorğularına baxa və məxfilik parametrlərini idarə edə bilərsiniz. Bu parametrlərə giriş altı rəqəmli valideyn PIN kodu ilə qorunur.

Belə ki, bu funksiya mərhələli şəkildə qlobal olaraq istifadəyə verilir, ona görə də giriş tədricən əlçatan ola bilər. Onu aktivləşdirmək üçün uşağın cihazına vatsap quraşdırın, qeydiyyat zamanı "Valideyn tərəfindən idarə olunan hesab yaradın" seçimini edin, onların telefon nömrəsini və doğum tarixini yoxlayın, sonra QR kodundan istifadə edərək övladınızın hesabını sizinkinə bağlayın və PİN kodu təyin edin.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости