Bilet qiymətlərinə görə FİFA-dan Avropa Komissiyasına şikayət olunub
Avropa İstehlakçıları və Futbol Tərəfdarları (Euroconsumers və Football Supporters Europe) təşkilatı bilet qiymətləri ilə əlaqədar Avropa Komissiyasına şikayət edib.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, iddiaçı tərəf ali futbol qurumu olan FIFA-nı futbol üzrə dünya çempionatına biletlərin satışında inhisar mövqeyindən sui-istifadə etməkdə ittiham edir.
Şikayətin mətninə əsasən, biletlərin satışına eksklüziv nəzarət edən FIFA alıcılar üçün şişirdilmiş qiymətlər və qeyri-şəffaf şərtlər müəyyən edir ki, bu da bazarda dominant mövqedən sui-istifadəni qadağan edən Aİ-nin fəaliyyətinə dair müqavilənin 102-ci maddəsinin pozulması hesab oluna bilər.
Təşkilatlar ehtimal edilən bir sıra pozuntulara diqqət çəkir; bunlara yerlərin bölüşdürülməsində yetərli şəffaflığın olmaması, dinamik qiymətqoyma tətbiqi və ucuz biletlərin süni defisitini yaratmaq kimi hallar daxildir. Onların məlumatına görə, final oyunu üçün biletlərin qiyməti 4 min ABŞ dollarını ötür ki, bu da turnirin əksər azarkeşlər üçün əlçatmaz olmasına gətirib çıxarır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре