Zəngilanda Azərbaycan–Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilib - YENİLƏNİB - FOTO
Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclası keçirilib və iclasın yekunlarına dair Protokol imzalanıb.
Day.Az Trend-ə istinadən bildirir ki, iclasda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk iştirak ediblər.
Tərəflər iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlərini, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının artırılması, nəqliyyat və logistika sahələrində birgə layihələrin inkişafı və enerji sektorunda qarşılıqlı fəaliyyətin gücləndirilməsi məsələlərini müzakirə ediblər.
İclasın yekununda imzalanan Protokol iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsinə və mövcud əməkdaşlıq mexanizmlərinin gücləndirilməsinə xidmət edir.
Qeyd edilib ki, bu cür görüşlər Azərbaycan və Rusiya arasında strateji iqtisadi dialoqun davamlılığını təmin edən əsas platformalardan biridir.
xxx
14:46
Zəngilanda Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilirBu gün Zəngilan şəhərində Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının 24-cü iclası keçirilir.
Day.Az Trend-ə istinadən xəbər verir ki, iclasa Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazir müavini Aleksey Overçuk həmsədrlik edir. Tədbirdə hər iki ölkənin aidiyyəti dövlət qurumlarının rəhbərləri və səlahiyyətli nümayəndələri iştirak edirlər.
Görüş zamanı Azərbaycan ilə Rusiya arasında ikitərəfli və çoxtərəfli formatda ticarət-iqtisadi, nəqliyyat, investisiya, eləcə də mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi nəzərdə tutulur.
Tərəflərin əvvəlki iclaslarda əldə olunmuş razılaşmaların icra vəziyyətini də nəzərdən keçirməsi gözlənilir. İclas çərçivəsində regional əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılır.
Zəngilanda keçirilən görüş Azərbaycan-Rusiya münasibətlərinin inkişafında növbəti mühüm mərhələ kimi qiymətləndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре