https://news.day.az/azerinews/1829630.html Rusiyaya qarşı 20-ci sanksiyalar paketi razılaşdırılıb Avropa İttifaqının daimi nümaydələri Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro həcmində kreditin ayrılmasını təsdiqləyiblər. Bu, Macarıstanın sanksiyaları daha bloklamaması sayəsində mümkün olub.

Rusiyaya qarşı 20-ci sanksiyalar paketi razılaşdırılıb

Azərbaycanca, 22 апреля 2026 16:09 (UTC +04:00) 289
Rusiyaya qarşı 20-ci sanksiyalar paketi razılaşdırılıb

Avropa İttifaqının daimi nümaydələri Rusiyaya qarşı 20-ci sanksiyalar paketini və Ukraynaya 90 milyard avro həcmində kreditin ayrılmasını təsdiqləyiblər. Bu, Macarıstanın sanksiyaları daha bloklamaması sayəsində mümkün olub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kiprin Avropa İttifaqı Şurasındakı daimi nüyəndəliyi məlumat yayıb.

"Bu qərarların hər ikisi Aİ ölkələrinin daimi nümayəndələri səviyyəsində qəbul olunub. İndi onların yekun təsdiqi üçün yazılı prosedur keçiriləcək", - deyə bildirilir.

Hər iki təklif üzrə təsdiq prosesinin sabaha kimi yekunlaşacağı gözlənilir.

Məlumatda, 20-ci sanksiya paketinə hansı tədbirlərin daxil ediləcəyini dəqiqləşdirmir. Lakin bəzi Qərb KİV-ləri daha əvvəl bildirirdilər ki, paket ilkin planlaşdırıldığı qədər genişmiqyaslı olmayacaq: ehtimal edilir ki, ölkələr neft sektoruna qarşı əvvəlcədən nəzərdə tutulmuş bir sıra tədbirlərdən imtina ediblər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости