https://news.day.az/azerinews/1830574.html Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı ölkənin milli bayramı olan Azadlıq Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Azərbaycanca, 27 апреля 2026 11:16 (UTC +04:00) 388
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozanı ölkənin milli bayramı olan Azadlıq Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Cənubi Afrika Respublikasının milli bayramı - Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости