Hansı konservlərdə çox protein var?

Dietoloqlar bildiriblər ki, bəzi konserv məhsulları ucuz və rahat protein mənbəyi kimi istifadə oluna bilər. Onlar xüsusilə idman qidasını əvəz edə biləcək variantları qeyd ediblər.

Day.Az xəbər verir ki, siyahıya sardina, tuna və konservləşdirilmiş toyuq daxildir.

Mütəxəssislərə görə, bu məhsulların bir porsiyasında 20-30 qramadək protein ola bilər.

Həmçinin konservləşdirilmiş forel və lobyalı çili də yüksək protein və lif tərkibi ilə seçilir. Dietoloqlar qeyd edirlər ki, bu məhsullar həm toxluq verir, həm də gündəlik protein ehtiyacını asan qarşılayır.