https://news.day.az/azerinews/1840900.html TANAP-la indiyədək nəql edilmiş qazın həcmi AÇIQLANIB Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib. Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb. Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən 8 il ötür.

TANAP-la indiyədək nəql edilmiş qazın həcmi AÇIQLANIB

Azərbaycanca, 12 июня 2026 10:33 (UTC +04:00) 257
TANAP-la indiyədək nəql edilmiş qazın həcmi

Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən indiyədək Türkiyəyə 39,3 milyard kubmetr, ümumilikdə isə 99 milyard kubmetrə yaxın qaz nəql edilib.

Day.Az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bu gün Trans-Anadolu boru kəmərinin (TANAP) istifadəyə verilməsindən 8 il ötür.

TANAP Cənub Qaz Dəhlizinin ən böyük hissəsidir və "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində hasil olunan qazın Türkiyənin qərb sərhədlərinə qədər nəqlini təmin edir.

12 iyun 2018-ci il tarixində Türkiyədə TANAP-ın birinci fazası istifadəyə verilib. Bu boru kəməri ilə nəql olunan qaz Türkiyəyə və Avropaya ötürülür. 2020-ci ildən kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd., 2023-cü ildə 23 mlrd. Kubmetr idisə, 2026-cı ildə bu göstəricinin 32 mlrd. kubmetrə çatdırılması planlaşdırılır. TANAP-la bu həcmin bir qismi Türkiyəyə tədarük olunur, qalan hissə isə Transadriatik boru kəməri vasitəsilə Avropaya yönəldilir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости