https://news.day.az/azerinews/1841495.html Rəsmi Bakı ABŞ - İran razılaşmasını alqışlayıb Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında əldə olunmuş razılaşmaya dair bəyanat yayıb. Day.Az xəbər verir ki, bəyanatın mətni XİN-in rəsmi saytında dərc edilib.

Rəsmi Bakı ABŞ - İran razılaşmasını alqışlayıb

Azərbaycanca, 15 июня 2026 11:45 (UTC +04:00) 317
Rəsmi Bakı ABŞ - İran razılaşmasını alqışlayıb

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında əldə olunmuş razılaşmaya dair bəyanat yayıb.

Day.Az xəbər verir ki, bəyanatın mətni XİN-in rəsmi saytında dərc edilib.

"Amerika Birləşmiş Ştatları ilə İran İslam Respublikası arasında Anlaşma Memorandumu üzrə əldə olunnuş razılaşmanı alqışlayırıq.

Pakistan İslam Respublikasının danışıqlar prosesində mühüm vasitəçilik rolunu, eləcə də digər regional tərəfdaşların verdiyi töhfələri yüksək qiymətləndiririk.

Ümid edirik ki, bu mühüm nailiyyət üzərində qurulacaq gələcək danışıqlar davamlı sülhün və sabitliyin təmin olunmasına töhfə verəcək", - deyə bəyanatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости