https://news.day.az/azerinews/1841655.html
İntensiv yağış yağır
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
İntensiv yağış yağır
Ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir, bəzi yerlərdə şimşək çaxır, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Day.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyunun 16-sı saat 9:00-a olan məlumatına əsasən düşən yağıntının miqdarı Qusarda 30, Şabranda 28, Kişçayda (Şəki) 22, Oğuzda 15, Quba, Sarıbaşda (Qax) 14, Xızı, Gədəbəydə 10, Şamaxıda 7, Qobustanda 6, Göyçay, Lerik, Xaltan, Şahbuzda 5, Qəbələdə 4, Astara, Zaqatalada 3, Şahdağda 2, Daşkəsən, Qax, İsmayıllı, Kürdəmir, Sabirabad, Biləsuvar, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndidə 1 mm-dir.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре