Qiyməli spagetti (Verməşil)

Day.Az представляет новость на азербайджанском языке

Day.Az dadlı və ləzzətli Qiyməli spagetti (Verməşil) reseptini təqdim edir:

Ərzaqlar

1 paket uzun spagetti (vermeşil)

200qr. qiyme

2 pomidor

1x-q tomat

1 baş soğan

Sarımsaq

Duz

Zövqə görə istədiyiniz ədviyyatları əlavə edə bilərsiniz. (nanə qurusu, qırmızı bibər, qara bibər, )

HAZIRLANMASI:

Suyu qaynadın  içinə duz əlavə edin. Qaynayan suya spagettiləri tökün. İstəyə görə bütövdə tökə bilərsiniz və ya tikəyə bölübdə bişirə bilərsiniz. 10-15 dəqiqə qaynaddıqdan sonra süzün.  Spagetti qaynayana qədər sousu hazırlayın. Tyorkadan keçirdiyiniz pomidorları tavaya atın. Üzərinə duz əlavə edin bir az bişirin. Sonra tomatı əlavə edib qarışdırın. Ayrı bir qabda qiyməni, ədviyyatı, soğanı, sarımsağı qataraq yoğurun. Bu qarışımı yumru top şəklində hazırlayıb yağda qızardın. Qızarmış bu qiyməli topları yağ ilə birlikdə bişməkdə olan sousun içinə qarışdırın. Qarışdıqdan 1 dəqiqə sonra ocaqdan alın.

NUŞ OLSUN!

QEYD: Spagetdiləri süzdükdən sonra yapışmasın deyə duru yağ ilə qarışdırın. Qiyməli topları əvvəlcə hazırlayıb qızardsanız sousun içinə qatanda sizin üçün asan olar. Eyni zamanda uzun makaronları da bu şəkildə hazırlaya bilərsiniz. Pomidor olmasada sadəcə tomatı su ilə sulandırıb eyni şəkildə hazırlaya bilərsiniz.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.