Xocavəndin daha bir kəndində fərdi yaşayış evlərinin bərpasına başlanılır - 6,2 milyon manat ayrıldı

Xocavənd rayonunda bərpa, quruculuq, abadlıq işləri mərhələli şəkildə davam etdirilməkdədir. Rayonun qəsəbə və kəndləri abadlaşdırılır, fərdi yaşayış evləri təmir olunur.
Day.Az bildirir ki, Trend-in əldə etdiyi məlumata görə, bu işlərin davamı kimi rayonun Quzeyxırman kəndində fərdi yaşayış evlərinin təmir işləri həyata keçiriləcək.
Belə ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.
Qurum sözügedən işlərin icrasını "Az-Caspian Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkət kənddə fərdi yaşayış evlərinin təmirini bu ilin sentyabrın 1-dək tamamlamalıdır və buna uyğun olaraq da MMC-yə 6 230 240 manat ödəniləcək.
Qeyd edək ki, ötən gün Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsində və Tağaverd kəndində fərdi yaşayış evlərinin təmir işlərinə başlanılıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре