Şəhid pilotun ailəsinə "Azərbaycan bayrağı" ordeni təqdim olundu - FOTOLAR

Day.Az представляет новость на азербайджанском языке
Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilot mayor Təbriz Musazadənin qırx mərasimi keçirilir.
Day.Az report-a istinadən bildirir ki, mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-mayor Ramiz Tahirov, Türkiyə hərbi attaşeliyinin nümayəndəsi, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edirlər.
HHQ komandanı general-mayor Ramiz Tahirov "Azərbaycan bayrağı" ordenini şəhidin atası Taryel Musazadəyə təqdim edib.
Xatırladaq ki, şəhid Təbriz Musazadə ikinci Fəxri xiyabanda dəfn edilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре