Azərbaycanlı aktyor: "Üzümə gülüb, arxamca danışırlar"

Day.Az представляет новость на азербайджанском языке

Gənc aktyor Cövdət Şükürov "Mahmud baba" kinokomediyasında çəkilir. O bu haqda Milli.Az-a danışıb:

""Mahmud baba" filminin rejissoru Samir Kərimoğludur. Bu, Samirlə sayca ikinci işimizdir. Bundan öncə onunla "Şər qarışanda" filmində çalışmışam. "Mahmud baba" filminin janrı komediyadır. Bu filmdə polis rolunda çıxış edəcəyəm. Çalışıram ki, mafiyanı ifşa edərək, çökdürüm. Baş rolda mənimlə bərabər Fəqan Məmmədov, Mələk Kazımova çəkilirlər. Film komediya olsa da rolum bir o qədər də komik rol deyil. Buna görə o qədər də təəccüblənməyəcəksiniz. Film dekabr ayında təqdim olunacaq. Əminəm ki, yüksək səviyyədə, rəngarəng, macəralı komediya izləyəcəksiz".

Aktyor həmçinin onun üznüə gülüb, arxasınca danışan sənət yoldaşlarına da bizim vasitəmizlə sərt mesaj göndərdi.

"Mənim hamıyla münasibətim yaxşıdır, çünki hamıyla mehribanam. Amma əlbəttə ki, üzdə gülüb, arxamca quyu qazanlar da var. Onu da deyim ki, nə qədər təkəbbürlü çıxsa da öz ampluamda rəqibim yoxdur. Amma mən onlarla mübarizə aparmıram. Çünki mübarizəni layiqli adamlarla aparmaq lazımdır", - deyə aktyor bildirib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.