"Qəbələ" və "İnter"ə medallar təqdim olundu

Day.Az представляет новость на азербайджанском языке

Premyer Liqanın 2016/2017-ci illər mövsümünün bütün medalçıları müəyyənləşib.

Day.Az-ın PFL-ə istinadən verdiyi məlumata görə, mövsümü çempion kimi "Qarabağ" tamamladığı halda "Qəbələ" gümüş, "İnter" isə bürünc medallara sahib olub.

2-ci və 3-cü yerin sahibini bu gün keçirilən "Qəbələ" - "İnter" görüşünün nəticəsi müəyyənləşdirib. Meydan sahibi oyunda 4-3 hesabı ilə qələbə qazanaraq ikinciliyi özü üçün təmin edib.

Oyundan sonra "Qəbələ" gümüş, "İnter"ə isə bürünc medallarına qovuşub.

Mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin: