"Bu adam 3 aylıq münasibətimiz ərzində mənə bir iynə belə almadı"

Day.Az представляет новость на азербайджанском языке

Ötən gün aparıcılığını etdiyi "Miss Fashion TV 2017" modellik yarışında səhhətində qəfil narahatlıq yaranan Mehmet Ali Erbilə ağır ifadələr işlədən müğənni Nevin: "Etdiyim ahlardan, bəd dualardan, yataqlardan çıxmayacaq. Allah islah etsin", - deyib.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, bu yaxınlarda Mehmet Ali Erbildən hamilə qaldığını açıqlayan və məşhur şoumenin təkidi ilə bətinindəki uşağı abort etdirən Nevin Erbil haqda sözlərini bu ifadələrlə yekunlaşdırıb:

"Bu adam 3 aylıq münasibətimiz ərzində mənə bir iynə belə almadı. Hamiləliyim vaxtı mənimlə maraqlanmadı, qızlarla dəfələrlə xəyanət etdi. Başqa qızla "sevgili" olduğu haqda xəbərləri çıxdı. Mən də buna görə ondan 2-ci əl maşın istədim. Bunun uşaqla heç bir əlaqəsi yoxdur. Mənim haqqımda bildi-bilmədi danışmaqlarını istəmirəm. Yaramı deşmələrini artıq istəmirəm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.