Aktrisa 39 yaşında ana oldu

Day.Az представляет новость на азербайджанском языке

39 yaşlı aktrisa Reyçel MakAdams ilk dəfə ana olub.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, 37 yaşlı aktyor Ceymi Lindenlə sevgili olan aktrisanın oğlu dünyaya gəlib. Reyçellə sevgilisinin körpəyə verdikləri ad hələlik açıqlanmır. 

Xatırladaq ki, aktrisanın hamilə olması haqda hər kəs fevralda xəbər tutmuşdu. Reyçel Ceymi ilə ilə münasibətini də hər kəsdən gizlədirdi. Onlar 2 ildir, birlikdədir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.