Teleaparıcı Kəmalə Piriyeva: "Ailə qurmayacağam" - FOTO

Day.Az представляет новость на азербайджанском языке.


Teleaparıcı Kəmalə Piriyevanın Milli.Az-a müsahibəsi.

- Kəmalə xanım, aparıcısı olduğunuz "Piknik" verilişi bu mövsümlük başa çatdı. Digər verilişlər tətildən qayıdıb yeni mövsümə başlayır, siz isə əksinə, mövsümə indi xitam verirsiniz. Bu tərs mütənasiblik nə ilə əlaqədardır?

- Bu mövsüm kifayət qədər işlədik. Çəkilişlərimiz çox oldu. Tətilə məhz indi çıxmağımıza elə də bir səbəb yoxdur. Lakin deyə bilərəm ki, verilişin formatı da buna qismən təsir etdi.

- Son zamanlar xəbər portallarında şəkilləriniz paylaşıldı və açıq-saçıq adıyla təqdim olundu. Buna münasibətiniz necədir?

- Bu mənim üçün anlaşılmaz haldır. Yazırlar ki, teleaparıcının ayağı göründü, belə dayandı və s. Burada qeyri-normal nə var ki? Mən həmişə öz geyim tərzimi bilmişəm. Həddindən artıq açıq-saçıq geyimlərdən istifadə etməmişəm. Kimin üçünsə qısa görünə bilər, mənim üçün normaldır.

- Efirdən kənarda necə geyinirsiniz bəs?

- Sərbəst geyinirəm. Mən rahat olmağımı istəyirəm, heç kim mənim geyimimə müdaxilə edə bilməz. Necə ki, mən heç kimin geyiminə, şəxsi həyatına qarışmıram.

- Şəxsi həyatdan söz düşmüşkən, hələ də subaylıqdır? Bir müddət əvvəl heç vaxt ailə qurmayacağınızı demişdiniz. Bu qərarınız qüvvədən düşməyib ki?

- Xeyr, düşməyib. Qərarımda qətiyəm.

- Ümumiyyətlə, həyatınızda "havalar" necədir?

- Hal-hazırda həyatımda bir "qasırğa" qopmaqdadır.

- Bu nə ilə əlaqədardır? Bəlkə, depressiyadasınız?..

- Depressiyaya düşdüyüm məqamlar olur. Amma özüm-özümü vəziyyətdən çıxartmağı bacarıram.

- Bunu necə bacarırsınız?

- Tənhalığa çəkilməklə, şəhərdən uzaqlaşmaqla.

- Həm tanınmış adamsınız, həm də gözəl və cazibədar... Maraqlıdır, yolda getdiyiniz zaman arxanızca düşüb, söz atmaq istəyənlər olur?

- Bəlkə də buna cəhd etmək istəyənlər olub, amma mənim auram, davranışlarım, bəlkə də onları qorxudur (gülür).

- Ümumiyyətlə, sizcə, gözəlliyinizlə kişi nəzərini özünüzə "darta" bilirsiniz?

- Bu ifadə çox səslənsə də, deyəcəm. Mən tam səmimi deyirəm ki, özümü gözəl hesab etmirəm. Sadəcə olaraq, "şirinliyim" var, bəlkə, ona görə diqqətləri tez öz üzərimə çəkirəm.

- "Sonuncu fəsil" serialı da sizin üçün kifayət qədər uğurlu oldu. Çəkilişlər davam edir?

- Bəli, özümü aktrisa kimi də sınadım. Tamaşaçıların da rəyinə əsasən demək olar ki, işimin öhdəsindən gələ bildim (gülür).

- Aktrisalıq qabiliyyətinizi serialdan savayı harada sınamısınız?

- Dövlət Gənc Tamaşaçılar Teatrında "Məhv olmuş gündəliklər" tamaşasında əsas rollardan birini oynamışam. Görək də, xeyirlisi, yəqin, axırıncı yox, axarıncı olar... (gülür).

Böyütmək üçün şəkillərə klikləyin: