"YouTube"u partladan gənc müğənnidən növbəti hit mahnı

Day.Az представляет новость на азербайджанском языке

"Gəl apar..."

Day.Az xəbər verir ki, azərbaycanlı gənc müğənni Elvin Babazadə yeni "Gəl apar" adlı mahnısını təqdim edib.

Yeni mahnı əvvəllər İsraildə oxunsa da, Babazadə ona yeni nəfəs verməyi qərara alıb. Sözləri Xanım Nura, musiqisi isə Pyer Taasiyə aid olan "Gəl apar" mahnısına klipin çəkilməsi gözlənilir.

Qeyd edək ki, Elvin Babazadənin bir çox mahnıları məhz "YouTube" və digər sosial şəbəkələr vasitəsilə hitə çevrilib. Onun 3 mahnısı bir müddət öncə 1 milyonluq baxış baryerini keçib.

Elvin Babazadə daha çox hit mahnıların ifaçı və müəllifi kimi tanınır. O, eyni zamanda, 2012 və 2013 "Eurovision" Milli seçim turlarının iştirakçısı, 2005-ci ildə UNESCO tərəfindən istedadlı uşaqlar üçün keçirilən müsabiqədə fəxri diplomun sahibi və eyni ildə Türkiyədə keçirilən "Novruz" festivalının mükafatçısıdır. Elvin Babazadə İsrail və Dağıstanda konsert proqramlarında çıxış edib. 2013-cü ildə o, Dağıstanın İlin ən yaxşı müğənnisi mükafatına layiq görülüb.

Bundan əlavə, o, 2014-cü ildə Nadia Mikayılla birlikdə Dağıstanda pərəstişkarlarına konsert təqdim edib.

Dağıstandakı mənbələrdən verilən məlumata görə, gənc ifaçı Elvin Babazadənin yaxın zamanlarda Dağıstanın Əməkdar artisti fəxri adı alacağı gözlənilir.

Onun yeni mahnısını sizə təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.