https://news.day.az/society/368072.html
Rəsmə görə insanın xasiyyətini də müəyyən etmək olar
Bəzən telefonla danışarkən, hansısa tədbirdə və ya seminarda, yaxud, sadəcə, darıxanda, rəsm çəkmək qabiliyyəti olmayan adam belə kağızda nə isə qaralayır. Psixoloqlar hesab edir ki, belə rəsmlərin böyük mənası var. Rəsmlərə görə, hətta xasiyyəti, psixoloji problemləri belə öyrənmək olar. Bu səbəbdən də bir sıra iş yerlərində işə qəbul zamanı rəsm çəkmək təklif olunur. Xüsusilə də psixoloji problemlərdən əziyyət çəkən uşaqların narahatlıqlarını daha yaxşı başa düşmək üçün rəsm çəkmək təklif olunur.
Psixoloqlar bildirirlər ki, rəsmlər insanın daxili aləmindən, yaşadığı problemlərdən, hisslərdən xəbər verir. Rəsmlərlə insan haqqında çox şeyi öyrənmək olar. Misal üçün, iri, diqqəti çəkən rəsm çəkənlər güclü və maraqlı adamlıdır. Səhifəni rəsmi ilə bütövlükdə doldurmağa çalışanlar isə özləri barədə yanlış təsəvvürə malikdirlər. Onlar özlərini çox vacib şəxsiyyət sayır, bacarıqlarını, biliklərini yüksək qiymətləndirirlər. Kiçik rəsm çəkənlər isə özlərinə inanmır və bundan əziyyət çəkirlər. Eləcə də rəsmdə rəsmin yerinə fikir vermək lazımdır. Səhifənin yuxarı hissəsində rəsm çəkilibsə, demək adam özünə inanır və özü haqqında olduğundan qat-qat yaxşı düşünür. Özünü olduğundan daha bacarıqlı, ağıllı və istedadlı görür. Özünə əmin olmayanlar isə səhifənin sonunda şəkil çəkirlər.
Psixoloq Arzu Qurbanovanın sözlərinə görə, sağ tərəfdə şəkil çəkənlərin düşüncələri onların gələcəyi ilə bağlıdır. "Onlar daim həyatlarının necə olacağını fikirləşirlər. Gələcək üçün planlar hazırlayır, hətta qocalığını belə düşünürlər. Onları keçmiş qətiyyən maraqlandırmır. Rəsmlərini solda yerləşdirənlər isə keçmişlə yaşayanlardır. Onlar ötüb-keçən hadisələri təhlil edir, xatirələrlə yaşamağa meyllidirlər. Artıq çoxdan baş verən hadisəni belə onlar təkrar-təkrar yada salır, həmin anda əslində necə hərəkət etməli olduqlarını düşünürlər. Nəyisə və ya münasibəti unutmaq onlar üçün çox çətin olur. Belə adamlar keçmiş üçün darıxır, ötən günlərinə daha çox qiymət verirlər".
A.Qurbanova bildirib ki, ev şəklinin çəkilməsi insanın kiminsə köməyinə ehtiyacı olduğunu göstərir. "Belə adamlar problemlərinin kiminsə həll etməyini istəyir, qayğıya ehtiyacları var. Eləcə də maili rəsm çəkənlər yumşaq xasiyyətli, iti küncləri olan rəsm çəkənlər isə aqressiv olur".
Onun dediyinə görə, çəkdikləri uşaqların rəsmlərinə bənzəyənlərin sevgi və qayğıya ehtiyacları var. "Spiral, dalğalar və ya dairə rəsmi çəkənlər adətən eqoist olurlar. Bu rəsmlər həm də onu göstərir ki, adam tezliklə işlərini bitirmək istəyir, problemlərini həll etməyi düşünür. Bəzən bu şəkillər sahibinin böyük problemlərinin olduğunu göstərir. Həmin adam problemlərini həll etməkdə çətinlik çəkir. Arı pətəyinə bənzər rəsm çəkənlər sakitliyə, rahatlığa, hormoniyaya can atırlar".
Psixoloq qeyd edib ki, tor və şəbəkəyə bənzər rəsm çəkənlər isə təhlükəli və çıxılmaz vəziyyətdə qalanlardır. "Əgər belə rəsmin sonunda dairə çəkilibsə, demək, problemin həlli tapılmaq üzrədir. Bəzən belə dairə problemin tam həll olunduğunu göstərir. Xəyalpərəst adamlar isə yumru, uc hissələri maili olan rəsm çəkməyi xoşlayır. Misal üçün, günəş, bulud, güllər, gülən üz və s. kimi şəkillər. Belə adamlar optimist olur, şən olmaqları ilə digərlərindən seçilirlər".
Həndəsi fiqurları çəkməyi adət edənlərin öz xeyrini güdən, hər şeyi planlaşdıran, məqsədyönlü adamlar olduğunu deyən A.Qurbanova bildirib ki, belə adamlar romb, kvadrat, üçbucaq, düzbucaq çəkməyi xoşlayır. Müsahibim nəzərə çatdırıb ki, adam şəkilləri çəkənlər öhdəlikdən qaçmaq istəyənlərdir. "Onlar istəmədiyi, bacarmadığı şeylərə görə məsuliyyət daşıyırlar. Bu məsuliyyətdən uzaqlaşmaq istəsələr də, qərar verə bilmirlər. Bir-birinə toxunan və ya hörülən dairələr isə insanın özünü tənha hiss etməsindən xəbər verir".
Psixoloqun sözlərinə görə, eyni rəsmin təkrar-təkrar çəkilməsi isə həmin an insanın darıxmasını, gününün darıxdırıcı keçməsini göstərir. "Hər şey ona darıxdırıcı gəlir. Bu hal onu gözlənilməz, davranışına uyğun olmayan hərəkətlər də etməyə təhrik edə bilər".
/ekspress.az/

Day.Az представляет новость на азербайджанском языке.

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре