Uzunömürlülər diyarı Lerik - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.

Milli.Az Cənub TV-yə istinadən xəbər verir ki, poetik gözəlliyi ilə dillərə dastan olan Lerik rayonu təkcə ölkəmizdə deyil, eləcə dünyada da uzunömürlülər diyarı kimi tanınır. İllərə, hətta əsrlərə meydan oxuyan insanların adları isə dünyada yalnız Lerikdə olan uzunömürlülər muzeyində yaşadılır. 168 il ömür sürmüş Şirəli Müslümov, 150 yaşlı Mahmud Eyvazov, 145 yaşlı Məcid Ağayev, 120 yaşlı Qızıl Quliyeva və 113 yaşlı Məhbubə Fətullayevanın adları dünyanın ən uzunömürlü insanları sırasındadır.

Demək olar ki, muzey hər zaman qonaq-qaralı olur. Hollandiya, Almaniya, Rusiya, Koreya, Fransa, Böyük Britaniya kimi bir çox ölkələrdən bura ziyarətçilər gəlir. Muzeyin cəmi iki salonu var ki, burada da 1000-dən çox eksponat sərgilənir. Əgər yolunuz Lerikdən düşsə və bura baş çəkəsi olsanız, rayonun ən uzunömürlü insanlarına məxsus əşyaları və onların əl işlərini görə bilərsiniz.

Muzeydən ayrıldıqdan sonra rayonun Cəngəmiran kənd sakini 95 yaşlı Rübaba Muradovanın qonağı olduq. Söhbət zamanı məlum oldu ki, nənənin 80-dən çox törəməsi var. Onun nəvəsi, nəticəsi, kötükcəsi, hətta yadıcası də var. Rübaba nənə yaşının bu çağında özünü çox gümrah hiss edir. Fürsətdən istifadə edib ağbirçək nənəmizdən uzun ömür yaşamağının sirrini də soruşduq.

Rübaba nənə çiyinlərinə atdığı gözəl hörüklərindən söhbət açdı və saçlarına necə qulluq etdiyi barədə məlumat verdi.

Uzunömürlü Rübaba nənənin 63 yaşlı sonbeşik oğlu Tərlan Mirzəyev anasından ağız dolusu danışdı və analarının onlara çəkdiyi zəhməti xüsusi vurğuladı.

Qeyd edək ki, ÜST-ün məlumatına görə yaşı 90-ı keçən hər kəs uzunömürlü sayılır. Unutmayın hər kəs 100 il yaşamasa, günah onun özündədir.

Нажмите на видео для просмотра: