27 yaşlı gəmi ustası...

Day.Az представляет новость на азербайджанском языке

Tovuzda yaxın gələcəkdə su hövzələrində rahat üzə bilən əsl gəmi hazırlanacaq. Çoxları üçün inandırıcı olmasa da, 27 yaşlı rayon sakini buna söz verib.

Day.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, hələliksə o, kiçik ölçülü yelkənli gəmilər hazırlayır. Elxan Həsənovun əl işlərinə təlabat da var. Usta bildirir ki, insanlar bu cür əşyalara son vaxtlar daha çox maraq göstərir. Əl ilə, incəliklə işlənib hazırlanan maketlər 5-7 günə hazırlanır. Həm də bu zaman heç bir hazır detaldan istifadə edilmir. Suvenirlər, əsasən, fıstıq, qoz və şam ağaclarından düzəldir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.