Ekvadorda zəlzələ nəticəsində 553 nəfər ölüb

Day.Az представляет новость на азербайджанском языке

Ekvadorda güclü zəlzələ nəticəsində ölənlərin sayı 553 nəfərə çatıb.

Day.Az "report"a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Bunadək ölənlərin 525 nəfər olduğu bildirilirdi.
Ekvadorda 7,8 bal gücündə dağıdıcı zəlzələ aprelin 16-sı axşam saatlarında baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.