Nabranda iki nəfər dənizdə batdı

Day.Az представляет новость на азербайджанском языке

Xəzər dənizinin Xaçmaz rayonu Müqtədir qəsəbəsi ərazisində iki nəfər dənizdə batıb.

Day.Az APA-ya istinadən bildirir ki, Quba rayonu Digah kənd sakinləri,  1978-ci il təvəllüdlü Nəcəfov Roman Abdul oğlu və 1976-cı il təvəllüdlü Ömərov Elman Fərrux oğlu Nabran qəsəbəsi ərazisində (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 metr aralıda, nəzarətsiz ərazidə) dənizdə boğulublar.
 
Hər iki şəxsin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin Şimal Regional İdarəsinin dalğıc-xilasetmə qrupu cəlb olunub. Aparılan axtarışlar nəticəsində R. Nəcəfovun meyidi batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
 
E. Ömərovun axtarışları davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.