Məşhur müğənni də konsertlərini təxirə saldı

Day.Az представляет новость на азербайджанском языке

Məşhur müğənni Işın Karaca son zamanlar Türkiyədə yaşanan terror hadisələrinə görə konsertlərini təxirə salıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı aktrisa sosial mediadakı hesabından verdiyi açıqlamada Ankara və Çatalcada planlaşdırılan konsertlərinin təxirə salındığını elan edib.

Daha öncə də bir neçə müğənni eyni addımı atmışdı.

Qeyd edək ki, 15 iyulda Türkiyədə hərbi çevrilişə cəhd hadisələrində sonra PKK terror təşkilatı aktivliyini daha da artırıb. Hər gün Türkiyənin bir bölgəsində şəhid xəbərləri gəlməkdə davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.