Qədim abidə bu gün də istifadə olunur - VİDEO

Day.Az представляет новость на азербайджанском языке.
Azərbaycan memarlığının dəyərli nümunələrindən biri də Qazax şəhərində yerləşən qoşa gümbəzli İsrafil ağa hamamıdır.
TTV (Region TV) xəbər verir ki, inşasına XIX əsrin sonlarında başlanan bu abidə dövrünün sayılıb-seçilən şəxsiyyətlərindən olan Kəsəmənli İsrafil ağa tərəfindən tikilib. Hamam hər birinin sahəsi 18 kvadrat metr olan 3 nömrədən və ümumi dəhlizdən ibarətdir.
Tikilinin dam örtüyü kərpiclə hörülüb və qoşa gümbəz formasındadır. Bu səbəbdən də tikiliyə qoşa gümbəz adı qoyulub.
Kənardan görünməsə də, abidənin daxilində əlavə 8 gümbəz var. Bunlar da elə tikilib ki, hamamın daxilində olarkən insanlar bir-birini görməsin. Tikilinin bəzi hissələrində bərpa işləri aparılıb. Ancaq bununla belə hamam öz qədimliyini itirməyib. Abidə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qorunur.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре