Gürcüstanda meşə yanğını - 150 yanğınsöndürən cəlb olundu

Day.Az представляет новость на азербайджанском языке

Gürcüstanın Svaneti bölgəsində, Lentexi rayonunun Zesxo kəndində meşə örtüyündə yanğın baş verib.

APA xəbər verir ki, yanğının aradan qaldırılmasına 150 yanğınsöndürən cəlb olunub. Bir neçə yanğın ocaqlarının söndürülməsinə artıq nail olunub.

Yanğın nəticəsində 2,5 hektar sahənin yandığı bildirilir. Yanğının söndürülməsinə helikopterin cəlb olunacağı istisna olunmur.

Yanğının lokallaşdırılması davam etdirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.