“Maşın” şounun qalibi: “Nə qədər çox pul versələr də, bunu eləmərəm” - FOTO

Day.Az представляет новость на азербайджанском языке
"Maşın" şounun qalibi olan aktrisa Xəyalə Quliyeva tədbirlərin birinə həyat yoldaşı ilə qatılıb.
Day.Az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa həyat yoldaşından danışıb:
"Sənət adamıyam, istəyirəm, yalnız mənim barəmdə nəsə yazsınlar. Həyat yoldaşımın adının mənimlə birgə hallanmasının əleyhinəyəm. Çünki onun bu sənətə aidiyyəti yoxdur. Onu deyə bilərəm ki, 15 ildir ailəliyik, iki övladımız var. Özüm sevib, özüm seçmişəm. Onun mənə heç bir qadağası yoxdur. Çünki məni tanıyır və bilir ki, nə olar, nə olmaz".
Xəyalə özünə qoyduğu qadağalardan da danışıb:
"Özümün özümə qoyduğum qadağalar var. Heç vaxt açıq-saçıq səhnələrə çəkilmərəm. Nə qədər çox pul versələr də".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре