Azərbaycan komandası "Bədii gimnastika üzrə Avropa Kuboku"nda daha iki bürünc medal qazandı

Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının gənclər yaş kateqoriyasında gimnastları Bakıda keçirilən "Bədii gimnastika üzrə Avropa Kuboku"nda qrup hərəkətləri təsnifatında həm 5 halqa şəklində çıxışda, həm də 5 cüt gürzlə çıxışda bürünc medal qazanıb.
Trend xəbər verir ki, hər iki alətdə çıxış edən Bolqarıstan komandası qızıl medal qazanıb.
İsrail komandası 5 halqa şəklində çıxışda gümüş, İtaliya komandası isə 5 cüt gürzlə çıxışda gümüş medal qazanıb.
Qeyd edək ki, dünən Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının böyüklər yaş kateqoriyasında gimnastları qrup hərəkətləri təsnifatında çarpaz qarşılaşmalarda bürünc medal qazanıb.
Xatırladaq ki, "Bədii gimnastika üzrə Avropa Kuboku"nun ikinci günündə böyüklər arasında qrup hərəkətlərində 3 top - 2 halqa şəklində çıxış edən Azərbaycan komandası qızıl medala layiq görülüb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре