https://news.day.az/azerinews/1121655.html Türkiyə otelləri “hər şey daxildir” sistemindən imtina edəcəkmi? - RƏSMİ AÇIQLAMA

Türkiyə otelləri “hər şey daxildir” sistemindən imtina edəcəkmi? - RƏSMİ AÇIQLAMA

Azərbaycanca, 21 мая 2019 09:33 (UTC +04:00) 691
Türkiyə otelləri “hər şey daxildir” sistemindən imtina edəcəkmi?

Türkiyə "hər şey daxildir" ("all inclusive") sistemindən imtina etmək niyyətində deyil.
 
Day.Az oxu.az-a istinadla xəbər verir ki, bunu Türkiyə otelçilər federasiyasının başçısı Osman Ayık RİA Novosti-yə bildirib. Onun səzlərinə görə, "all inclusive" həm turistlərə, həm də otellərə xeyir edir. 
 
"İstənilən otel bu sistemin müxtəlif variantlarını tətbiq edə bilər. "All inclusive" daha çox ailəli turistlərə sərf edir. Turistlər əvvəlcədən öz xərclərini bilir və planlarını bu səpkidə qurur. Qədul edən tərəfdə öz xərclərinin bilir və klientlərə vəd etdiyi xidməti göstərir", - deyə O. Ayık bildirib.
  
O, "all inclusive" sistemində otellər üçün mövcud olan müəyyən risklərdən də danışıb:
"Xərclərin hesablanması turun satıldığı vaxtdan klientlərin otelə gəlməsi zamanına kimi dəyişə bilər, komunal xərclər, vergilər, nəqliyyat xidmətləri, ərzaq qiymətləri qalxa bilər ki, bu da qəbul edən tərəf üçün müəyyən itkilərə gətirib çıxara bilər. Lakin bu risklər yalnız mehmanxana biznesinə aiddir və turistlərin cibinə deyməməlidir".  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости