Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub
.jpg)
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının tarixləri elan olunub.
Dövlət İmtahan Mərkəzindən Trend-ə bildirilib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının II mərhələsi, əvvəlki illərin məzunları üçün qəbul imtahanlarının I və II mərhələsi, əlavə tədris və xarici dil imtahanlarının aşağıdakı qrafikə uyğun keçirilməsi planlaşdırılır.
S/s |
İmtahanın adı |
Keçirilmə tarixi |
1. |
- Əvvəlki illərin məzunları üçün qəbul imtahanının I mərhələsi; - Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı; - qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan. |
1 iyul |
2. |
Bakalavriat səviyyəsinə qəbul imtahanı (II mərhələ), 1-ci cəhd: |
|
III ixtisas qrupu |
14 iyul |
|
II və IV ixtisas qrupları |
15 iyul |
|
I ixtisas qrupu |
27 - 28 iyul |
Ali təhsil müəssisələrinə qəbul imtahanlarının 2-ci mərhələsinin 2-ci cəhdinin keçirilib-keçirilməməsi haqqında avqust ayında respublikada mövcud olacaq sanitar-epidemioloji vəziyyətə uyğun olaraq qərar veriləcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре