Qəhrəman şəhidimiz - VİDEO

Vətən müharibəsi başlayan kimi həmkəndliləri ilə birgə savaşa yollandı, müxtəlif istiqamətlərdə fədakarlıqla savaşdı. Şəhid olaraq Vətənin azadlığına canından can qatdı. Gələcək arzuları, gözü yaşlı qalacaq övladları, doğmaları barədə bir an belə düşünmədi.
Day.Az xezerxeber.az-a istinadən bildirir ki, söhbət Samux rayon sakini Babək Cəfərovdan gedir.
Babək 5 ay hospitalda yatıb, həkimlər onu komadan çıxarmaq üçün mümkün hər şeyi ediblər, ancaq qismətinə şəhid olmaq, doğmalarına qürur duyulacaq bir ad qoymaq düşüb.
Döyüş yoldaşları Babəki qorxmaz, əyilməz bir döyüşçü, düşmənin canına qorxu salan vətən fədaisi kimi xatırlayırlar.
Bəbək Cəfərov ölümündən sonra ''Vətən uğrunda", "Hərbi xidmətlərə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə mükafatlandırılıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре