“Gözü doymayan imkanlılar da…”

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu tənqidlərə cavab verib.

Day.Az axşam.az-a istinadən bildirir ki, Xalq artisti Emin Ağalarovun izləyicisinə ev verəcəyi yarışını parodiya edən musiqiçini sosil şəbəkədə qınayıblar.

Hüseyn "@axsamaz" instsqram səhifəsində şərhlərə reaksiya verərək "Bunu ona görə çəkmişəm ki, gözü doymayan imkanlılar da paylaşır. Qoy, bu ev hansısa imkanı olmayana qismət olsun da... Allah gözünüzü doydursun, amin" sözərini yazıb.