Bəşər Əsədin əmisi oğlu edam edildi

Latakiya sakinləri Suriyanın keçmiş prezidenti Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsədi kəndirdən asıblar.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Telegram kanalında paylaşılıb.

Bildirilir ki, Latakiyanın mərkəzi meydanında toplaşan insanlar, Əsədin əmisi oğlunun ölüm fərmanını verib və onu krandan asıblar. 

Qeyd edək ki, 2015-ci ildə Bəşər Əsədin əmisi oğlu Süleyman Hilal Əsəd Suriyadakı rejimin təhlükəsizlik orqanı tərəfindən həbs edilmişdi.

Xatırladaq ki, Bəşər Əsədə müxalif olan "Heyət Təhrir əş-Şam" qruplaşması noyabrın 27-də ölkə ərazisində hücuma keçərək paytaxt Dəməşq də daxil olmaqla bir çox əraziləri ələ keçirib.

Nəticədə Bəşər Əsəd rejimi devrilib. O isə ailəsi ilə birgə Rusiyaya sığınıb.