https://news.day.az/azerinews/1722811.html
Xankəndinin ilk qadın müstəntiqi oldu
Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib. Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb. Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib: "Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir.
Xankəndinin ilk qadın müstəntiqi oldu

Xankəndi Şəhər Prokurorluğuna ilk xanım müstəntiq təyin edilib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu vəzifəyə Nəzrin Rəcəbova təyinat alıb.
Gənc müstəntiq bunu tarixi an kimi qiymətləndirib:
"Mənim Xankəndi Şəhər Prokurorluğunun ilk qadın müstəntiqi təyin edilməyim böyük qürur mənbəyidir. Bu vəzifəni tarixi an kimi qiymətləndirirəm. Xankəndidə yüksək məsuliyyət və qürur hissi ilə xidmət göstərəcəyəm. Ümid edirəm ki, bu nailiyyət digər Azərbaycan xanımları üçün də bir stimul və nümunə olacaq".
Qeyd edək ki, xanım müstəntiq Bakı Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре