https://news.day.az/azerinews/1725240.html
Azərbaycan ilə Belarus arasında əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib
Yanvarın 24-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdəki fəaliyyət müddətinin bitməsi ilə əlaqədar Belarus Respublikasının fövqəladə və səlahiyyətli səfiri Andrey Ravkov ilə görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən Day.Az-а bildiriblər ki, Ə.Əsədov Azərbaycan ilə Belarus arasında dostluq əlaqələrinin inkişafına verdiyi töhfəyə görə səfirə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında qarşılıqlı faydalı əməkdaşlığın səviyyəsindən məmnunluq ifadə olunub, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivləri müzakirə edilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре