Ukrayna mətbuatında Xocalı soyqırımı haqqında məqalə dərc olunub

Ukraynanın "Kiyev diplomatik" nəşrində Xocalı soyqırımı haqqında məqalə dərc olunub.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
"Azərbaycanlıların Xocalı soyqırımının 33-cü ildönümü: tarix nə deyir?" başlıqlı məqalənin müəllifləri həmvətənlərimiz hüquq elmləri doktoru, professor, diplomat, Ukrayna Elmlər Akademiyasının akademiki Arif Quliyev və Boqdan Xmelnitski adına Melitopol Dövlət Pedaqoji Universitetinin aspirantı Qara Həsənovdur.
Məqalədə erməni millətçilərinin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin və təcavüzünün 200 illik tarixi olduğu yazılıb və Xocalı soyqırımının xronikası barədə geniş məlumat verilib.
"Azərbaycan şəhəri olan Xocalı çoxdandır ki, Babiy Yar, Osvensim, Xatın, Buhenvald kimi sadəcə coğrafi ad deyil. Bu şəhər amansızlığı və vəhşiliyi ilə dünyanı silkələyən kütləvi qətllərin ən faciəli ünvanlarından biridir",- deyə qeyd olunub.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре