Bu istiqamətdə hərəkət edən qatarların fəaliyyəti bərpa olunub

20:02

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların normal fəaliyyəti artıq bərpa olunub.

Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

---------
19:53

Bakı-Pirşağı-Sumqayıt istiqamətində hərəkət edən qatarların birində texniki nasazlıq yaranıb.

Day.A "Azərbaycan Dəmir Yolları" QSC-nə istinadən xəbər verir ki, qatar Goradil sahəsində yarım saata qədər dayanıb.

 

Məlumata görə, bu, pik saatlar olduğu üçün Abşeron dairəvi marşrutu üzrə digər qatarların hərəkətinə də təsir göstərib. Problemin aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.

İctimaiyyətə əlavə məlumat veriləcək.