Azərbaycanla Şimali Makedoniya arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi barədə saziş təsdiqləndi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"i təsdiq edib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, sənədə əsasən, 2025-ci il martın 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti ilə Şimali Makedoniya Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" təsdiq edilib.