https://news.day.az/azerinews/1778715.html DOST Mərkəzində təhsil alan benefisiarlar peşə məktəblərinə qəbul olublar Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var.

DOST Mərkəzində təhsil alan benefisiarlar peşə məktəblərinə qəbul olublar

Azərbaycanca, 7 сентября 2025 10:25 (UTC +04:00) 403
DOST Mərkəzində təhsil alan benefisiarlar peşə məktəblərinə qəbul olublar

Bu il peşə təhsili müəssisələrinə qəbul olanlar arasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin həssas qruplardan olan benefisiarları da var.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Mərkəzdə rəqs istiqaməti üzrə təlimləri bitirən Aytac Həziyeva Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Veb dizayn və proqram təminatı ixtisasına qəbul olub.

Təsviri incəsənət istiqaməti üzrə təlimlərdə iştirak etmiş Ləman Məmmədova təhsilini 1 nömrəli Bakı Tibb Kollecində Mamalıq işi ixtisası üzrə davam etdirəcək.

Təsviri incəsənət üzrə təlimləri uğurla tamamlayan digər benefisiar İbrahim Abdullayev isə 7 nömrəli Bakı Peşə Məktəbində Telekommunikasiyada kompüter texnikasının istismarı üzrə operator ixtisasında təhsil alacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости