https://news.day.az/azerinews/1779313.html
Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ
Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan yağacağı, şimşək çaxacağı gözlənilir. Day.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan yağacağı, şimşək çaxacağı gözlənilir.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре