Azərbaycanda pul bazası 2% artıb

Bu günə Azərbaycanda pul bazası 21,541 milyard manat təşkil edib.

Bu barədə Day.Az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

 

Məlumata görə, bu, cari ilin sentyabrın 1-i ilə müqayisədə 2% çoxdur.

Eyni zamanda ölkədə pul bazası ilin əvvəlinə nisbətən 3%, son 1 ildə isə 3,1% artıb.